Erməni KİV-lərində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Müdafiə naziri olarkən Ağdamla bağlı səsləndirdiyi etiraflar yayılıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, Serj Sarkisyanın sözügedən ifadələri 2001-ci ilin mayında Ermənistan parlamentində Qarabağ məsələsi üzrə dinləmələr zamanı deputat Sasun Mikaelyanın qarşılıqlı güzəştlərə dair sualına cavab verərkən səsləndirdiyi qeyd olunur.
Onun sözlərinə görə, "təhlükəsizlik zonası"nın yaradılması heç vaxt Qarabağ (qondarma qurum-red) və ya Ermənistanın ərazisini artırmaq məqsədi daşımayıb.
"Qarabağın əsl sərhədləri hansılardır?" deyə verilən suala Sarkisyan belə cavab vermişdi: "Ümumiyyətlə hər hansı bir ölkənin sərhədləri, o cümlədən bizim sərhədlərimiz də daxil olmaqla, bu sərhədi hardan çəkə bilirsinizsə, oradan da keçir. Bəli, mən hesab edirəm ki, Ağdam bizim vətənimiz deyil".