Son iki ayda ön cəbhədə gərginlik var, amma stabillik saxlanılır.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan son 25 ildə intensiv şəkildə müharibəyə hazırlaşır. Əgər gündəlik atışlar varsa, demək, biz “yarımmüharibə” vəziyyətindəyik”, – deyə o bildirib.
O, Azərbaycan Prezidenti ilə birbaşa əlaqə kanalının olduğunu, bunun sayəsində tərəflərin informasiya və narahatlıqları ilə bağlı mübadilə apardıqlarını bildirib.
Paşinyan həmçinin hər iki tərəfin qarşılıqlı ittihamlar da səsləndirdiyini deyib.