Türkiyənin Bakıdakı səfiri Erkan Özoral Ankaranın Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərinin Azərbaycanda yerləşdiriləcəyi barədə iddialara münasibət bildirib.
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı onda hər hansı məlumat yoxdur.
""S-400"lərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məlumatsızam. Bunun belə olmadığını Xarici İşlər naziri Mövlud Çavuşoğlu da açıqlayıb".