Ermənistanın Qarabağ danışıqların mövqeyi həssas olaraq qalır. Belə ki, danışıqlar Ermənistan üçün sərfəli olmayan və təhlükəli tezislər ətrafında aparılır.
Eurasia Diary xəbər verir ki, bunu “SputnikErmənistan”a müsahibəsində erməni politoloq Ayk Martirosyan deyib.
“Yeni hökumət çalışır ki, sözdə Madrid prinsiplərindən imtina edərək manevr etsin. Lakin bu prinsipləri heç kim ləğv etməyib və onlar hələ də tərəflərin gündəmində qalır. Söhbət Qarabağın statusuna qarşılıq ərazilərin mübadiləsi prinsipindən gedir. Ermənistanın yeni rəhbərliyinin danışıqların indiki məntiqindən imtina etməklə bağlı kifayət qədər iradəsi yoxdur. Madrid prinsipləri ilə bağlı qərarsızlığını erməni rəhbərliyi Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı söhbətlərlə kompensasiya etməyə çalışır” - deyə o bildirib.