"Şərq Tərəfdaşlığı"nın 10 illiyi Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə

Siyasət 19:18 13.05.2019

"Şərq Tərəfdaşlığı" Proqramı bu ay onilliyini qeyd edir. 2009-cu ildə reallaşdırılan proqram Avropa İttifaqı (Aİ), onun üzv ölkələri və altı Şərq qonşusu - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

Onillik müddət bu təşəbbüsün nəticələrinə dair müəyyən yekunları qeyd etmək üçün kifayət qədər vacib mərhələdir. 

Eurasia Diary "Report"-a istinadən Azərbaycanla Aİ arasındakı əməkdaşlığın əsas anlarını faktlar və rəqəmlərlə təqdim edir.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır.

İqtisadi əməkdaşlığın gücləndirilməsi

Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Son 10 ildə Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 28% artıb.

Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min Azərbaycan şirkətinə maliyyə, təlim və yeni bazarlara ixrac dəstəyini verib.

2009-cu ildən etibarən 11 min Azərbaycan şirkətinə Aİ zəmanəti ilə kredit formasında 207 milyon avro təqdim edilib.

Aİ Azərbaycanın biznes və investisiya mühitinin yaxşılaşdırılması işində də hökuməti dəstəkləyir. Aİ həmçinin təhsil və regional inkişafı dəstəkləməklə, Azərbaycanın iqtisadi şaxələndirmə planlarının həyata keçirilməsinə kömək edir.

Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir və bu layihələr həm Aİ-yə üzv ölkələrin, həm də benefisiar ölkələrin hökumət sektorunun bilik və bacarıqlarını bir araya gətirir.

Son 10 il ərzində Azərbaycanın 25-dən artıq nazirliyi və ictimai təşkilatı təqribən 50 tvinninq layihəsində iştirak edib və nəticədə Aİ-nin texniki biliklərindən və dövlət qulluqçularının praktiki təcrübələrindən faydalanıb. Bununla yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə təkan verilir.

On il ərzində, təxminən, 50 tvinninq layihəsi: 34-ü başa çatıb, 11-i davam edir, 1-i hazırlanır.

Energetika əməkdaşlığı

Azərbaycan Aİ üçün strateji enerji tərəfdaşıdır, Aİ bazarlarının Xəzər hövzəsinin enerji resursları ilə təchiz olunmasında əsas rol oynayır.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarlarını Xəzər hövzəsinin qaz resursları ilə təchiz edəcək.

2016-cı ildə Aİ “EU4Energy” adlı yeni regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycan da daxil olmaqla, "Şərq Tərəfdaşlığı" ölkələrini dəstəkləyir.

Azərbaycan şimalla cənubu və şərqlə qərbi birləşdirən nəqliyyat əlaqələrinin kəsişməsində yerləşməsindən faydalanır. Ölkə Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi vacib infrastruktur layihələrinə investisiya yatırıb. Aİ Bakı limanında və onun azad ticarət zonasında çalışanlar üçün texniki biliklər təmin edib.

Aİ ilə Azərbaycan arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri 2014 ildə qüvvəyə minərək, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz qısa müddətli viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı verib.

Bundan başqa, müəyyən kateqoriya şəxslər, məsələn, "Erasmus+" proqramının tələbələri viza rüsumundan tamamilə azad olunub.

 

Təhsil

Peşə bacarıqlarının artırılması Aİ-nin Azərbaycana dəstəyində prioritet təşkil edir. Xüsusilə işçi qüvvəsinin bacarıqlarının və işəgötürənlərin ehtiyaclarının daha yaxşı uyğunlaşdırılmasını təmin etmək üçün peşə təhsili və təliminə xüsusi diqqət yetirilir.

Aİ-nin "Erasmus+" proqramı 2015-ci ildən 2018-ci ilə kimi Azərbaycanın 1300-dən çox tələbəsi və müəlliminə Aİ ölkələrində təhsil almaq və ya dərs demək, o cümlədən 700-ə yaxın avropalıya Azərbaycana getmək imkanı verib. Bundan əlavə, 2800-dən artıq azərbaycanlı gənc və gənclər təşkilatlarının işçisi qısamüddətli mübadilə, yerdəyişmə, təlim və könüllülük layihələrində iştirak edib.

Multikulturalizm

2016-cı ilin dekabrında Bakıda “Dinlərarası dözümlülük və medianın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 2017-ci ilin sentyabrında və 2018-ci ilin iyun ayında Azərbaycanın müxtəlif dini icmalarının liderlərinin Aİ-nin Brüsseldə yerləşən institutlarına səfəri təşkil edilib. Bunun ardınca isə 2017 və 2018-ci ilin oktyabr ayında Bakıda mədəniyyətlərarası dialoq və dözümlülük dəyərlərini incəsənət yolu ilə təşviq etmək üçün hər il ənənəvi keçirilən “Təsəvvür et” adlı Avropa Tolerantlıq Festivalı təşkil olunub. 2019-cu ilin aprelində Bakıda Dinlərarası Dialoq və Radikallaşmanın Qarşısının Alınmasına dair Konfrans keçirilib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı