Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir - FOTOLAR | Eurasia Diary - ednews.net

26 May,


Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir - FOTOLAR

Siyasət A- A A+

Mayın 13-də Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu işə başlayıb.

Eurasia Diary xəbər verir ki, forumda Qara dəniz və Cənubi Qafqaz bölgələrində həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, regionda və dünyada baş verən proseslər, “Şərq tərəfdaşlığı” proqramının genişləndirilməsi və digər məsələlər müzakirə olunur.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, ABŞ və Avropa ölkələrindən dövlət və hökumət rəsmiləri, ekspertlər, diplomatlar iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ayrıca sessiyanın təşkili də nəzərdə tutulub.

Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov təmsil edirlər.

Forum çərçivəsində təşkil olunacaq panel iclaslarda Fuad Çiraqov məruzə ilə çıxış edəcək.

Eyni zamanda, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Rauf Novruzov, Dövlət İdarəçilik Akademiyasının Tələbə Elmi Cəmiyyətinin üzvü Elvin Hacıyev müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Rondeli Fondunun rəhbəri Yekaterina Metreveli, Fridrix-Ebert təşkilatının Cənubi Qafqaz regional ofisinin direktoru Feliks Hətta, Polşa Strateji, Siyasi Araşdırmalar İnstitutunun direktoru Jozef Zekuçia açılış mərasimində çıxış edərək Cənubi Qafqaz və Qara dəniz regionlarında, Yaxın Şərqdə və Avropada cərəyan edən hadisələr, həll olunmamış münaqişələr barədə fikirlərini bölüşüblər.

1

1

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...