Ermənistan Pekində qonşularından şikayətləndi | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Ermənistan Pekində qonşularından şikayətləndi

Siyasət A- A A+

Ermənistan ayrıcı xətlərə, süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır.

Eurasia Diary Axar.az-a istinadla xəbər verir ki, bunu Pekində Asiya Sivilizasiyalarının Dialoqu Konfransında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“XXI əsrdə bu anlayışlar absurddur, lakin bizim qonşularımız ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi səbəbindən Azərbaycan bütün regional layihələrdən İrəvanı təcrid edib və bu da işğalçı ölkənin inkişafına imkan vermir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...