"Biz Azərbaycanla danışıqları tormozlamayacağıq" - Paşinyan | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


"Biz Azərbaycanla danışıqları tormozlamayacağıq" - Paşinyan

Siyasət A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini gücləndirməyi zəruri hesab etmir.

Eurasia Diary “Sputnik Ermənistan”a istinadən bildirir ki, hökumət rəhbəri bunu rus jurnalistləri ilə görüşündə bəyan edib.

"Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da, çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur", - Paşinyan vurğulayıb.

Bununla belə, Ermənistan Nazirlər Kabinetinin başçısı qeyd edib ki, Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır.

 

Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır.

Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...