"6-cı Cənubi Qafqaz Təhlükəsizlik Forumu erməni maraqlarının təbliğatı üçün istifadə edilib" Anastasia Lavrina

Siyasət 15:50 19.05.2019

Mayın 13-14-də Gürcüstanın paytaxtı Tibilisidə Cənubi Qafqaz Təhlükəsizlik Forumunun 6-cı sessiyası keçirilib. Stratpol Strateji Siyasət İnstitutu, Rondeli Fondu və Fridrix Ebert-Stiftung siyasi Fondu tərəfindən təşkil edilən tədbirdə Gürcüstanın dövlət nümayəndələri, Avropa, ABŞ, Azərbaycan, İran, Türkiyə, Ermənistan və digər ölkələrin ekspertləri və tədqiqatçıları, eləcə də bir sıra diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Forumun iştirakçılarından olan siyasi analitik Anastasiya Lavrina, tədbirlə bağlı təəssüratlarını Eurasia Diary ilə bölüşüb. Forum Cənubi Qafqaz və Qara dəniz regionlarının ən mürəkkəb məsələlərini müzakirə etmək üçün yaxşı bir platformadır. Dövlət məmurları, səfirlər, alimlər və mütəxəssislərin daxil olduğu 50-dən çox natiq və yüzdən çox iştirakçı fikirlərini bölüşmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün bir araya gəldi. Eyni zamanda, Şərq Tərəfdaşlığı yaranmasının on illiyini qeyd etdi və iştirakçılar Aİ-nin Cənubi Qafqaz üzrə siyasətinin güclü və zəif tərəflərinə, gələcək inkişafına və ya ona təhdid yaradacaq problemə toxundular.

Buna baxmayaraq, deyərdim ki, Forum Rusiya-Gürcüstan münasibətlərinin, eləcə də Rusiya-Ukrayna münasibətlərinin, xüsusən də Krım böhranının, Cənubi Osetiya və Abxaziya münaqişəsinin müzakirəsinə yönəlmişdi. Forumda NATO, ABŞ-Rusiya silahlı qarşıdurması müzakirə olundu. Eyni zamanda, mənim fikrimcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə kifayət qədər yer ayrılmadı. Bundan başqa, regiondakı vəziyyət obyektiv şəkildə təhlil olunmadı və təqdim edilmədi.

Rusiya-Gürcüstan və Rusiya-Ukrayna münaqişələrinin dəfələrlə müzakirə olunmasına və geniş diqqət ayrılmasına baxmayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız "Dağlıq Qarabağ" başlığı altında keçirilən 3-cü sessiyada müzakirə olundu: Bu cür hansısa irəliləyiş əldə etmək mümkündürmü?" Bundan əlavə demək olar ki, bütün məruzəçilər  Rusiyanı Gürcüstan və Ukraynaya qarşı qəsbkar siyasət yürütməkdə günahlandırdılar və Rusiyanı işğalçı adlandırdılar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə məruzəçilər Ermənistanı təcavüzkar və ya işğalçı adlandırmamağa üstünlük verdilər. Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Erməni-Suriya qaçqınlarına dair suala da məhəl qoyulmadı. Bundan başqa, digər bir sessiyada nə üçün Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq istəmir sualını iştirakçıların  ictimai şəkildə sual verə biləcəyi onlayn sistemdən çıxardılar. Moderator sualın başqa formada verilməsini istədi. Mənim fikrimcə, bu ikili standart siyasətinin əsl üzüdür.

Azərbaycanlı nümayəndələrin iştirak etmədiyi "Dağlıq Qarabağ münaqişəsində mümkün irəliləyiş" adlı sessiya başlanandan bəri çox sayda təxribatlara yol verildi. Mənim sualım tədbirin onlayn postunda yerləşdirildi. Mən soruşdum ki, "Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycanlı məruzəçi yoxdur? Bunu ədalətli bir yanaşma hesab edirsiniz?" Stratpolun rəsmi nümayəndəsi sual-cavab sessiyasına müdaxilə edərək, hər il Azərbaycan və Ermənistan nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı forumun iclasında iştirak etdiyini dedi. Onun sözlərinə görə, bu il formatda bəzi dəyişikliklər edilməsi qərara alınıb. Buna baxmayaraq, bu doğru deyil. Cənubi Qafqazdakı məsələlərlə məşğul olan ekspert kimi təqdim edilən panelistlərdən olan Olesya Vartanyan ermənilərlə birbaşa əlaqə saxlayır. Bundan əlavə, onun bəyanatlarının böyük hissəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Ermənistanın mövqeyi dəstəklənir.

Sessiya Azərbaycandakı vəziyyəti və onun xarici siyasətini hər zaman tənqid edən jurnalist Coşua Kuçera tərəfindən idarə olunub. Sessiya moderatorun 25 il bundan əvvəl Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın münaqişəsinin bitməsinə dair atəşkəs imzaladığını söyləyərkən təxribatla başladı. Əvvəla, münaqişə sona çatmayıb; ikincisi, müqavilə münaqişənin iki tərəfi arasında imzalanıb, üç deyil. Moderator həmçinin Ermənistanın nəzarətində olan ərazilərdən təxminən 600 min azərbaycanlının məcburi köçkün düşdüyünü deyib - əslində isə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Ermənistanda yaşayan təxminən 300 min azərbaycanlı 1980-ci illərin sonunda qəddarlıqla deportasiya edilib.

Panel iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ separatçıları ilə heç bir əlaqəsi olmadığını və Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində heç bir rolunun olmadığını da qeyd etdilər. Siz ciddisiniz? Ermənistanın Rusiyadan iqtisadi cəhətdən asılılığı mübahisə edilə bilməz. Eyni zamanda, Ermənistan Dağlıq Qarabağ regionunun siyasi və iqtisadi inkişafına tam nəzarət edir. Bundan başqa, Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətrafındakı 7 rayonunda faydalı qazıntı və təbii sərvətlərdən istifadə etməyə davam edir.

Nəhayət, qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiya iştirakçılara mikrofonla danışmaq və müzakirəçilərin çıxışının sonunda öz fikirlərini və suallarını vermək  imkanı verilməmiş tək sessiya idi. Bu, ikili standartlar siyasəti və ədalətsiz yanaşmadır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dünya miqyasında tanınmış bir faktdır. Məlum olduğu kimi, Azərbaycanda təxminən 1,2 milyon qaçqın və məcburi köçkün var və onlar öz torpaqlarına qayıda bilmir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Çox təəssüf edir ki, bu məlum amillərin hamısına baxmayaraq, 6-cı Cənubi Qafqaz Təhlükəsizlik Forumu kimi böyük və vacib hadisə həqiqətin əvəzinə, xüsusi maraqların təbliğ olunduğu platforma kimi istifadə olunur.

Anastasiya Lavrina Azərbaycanda anadan olmuş müstəqil geosiyasi və xarici siyasət tədqiqatçısıdır. O, həmçinin beynəlxalq inkişaf, təhlükəsizlik, enerji və ekologiya üzrə siyasi təhlilçi və şərhçidir. Anastasiya Lavrina vətəndaş cəmiyyəti, media, qaçqın və məcburi köçkünlərlə sosial, təhsil və humanitar işlər üzrə geniş təcrübəyə malikdir. Lavrinanın əsas vəzifələrinə müharibədən zərər çəkmiş bölgələrdə qaçqın və məcburi köçkünlərlə işləmək, onların problemləri, habelə su idarəetmə və ictimaiyyətin maarifləndirilməsi, təhsil, hüquq və idarəetmə ilə bağlı məlumatlılığın artırılması daxildir.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı