Başı kəsilən Melkonyanla bağlı - Erməni generaldan ilginc açıqlama | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Başı kəsilən Melkonyanla bağlı - Erməni generaldan ilginc açıqlama

Siyasət A- A A+

Monte Melkonyan və digər erməni generalların ölümü “Qarabağ klanı” ilə əlaqələndirilir.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin nümayəndəsi Vitali Balasanyan deyib.

O, erməni ordusunun keçmiş komandiri Samvel Babayanın Melkonyan və Azərbaycanla müharibədə həlak olmuş Ermənistan ordusunun digər komandanların ölümünə görə keçmiş Serj Sərkisyan hakimiyyətini ittiham etdiyini bildirib:

“Mətbuat nəşrlərindən verilən məlumata əsasən, Babayan bununla bağlı Qarabağda görüşlər keçirir və bu görüşlərdən birində o, Ermənistanın keçmiş hakimiyyətini günahlandırıb”.

Vitali Balasanyan xatırladıb ki, keçən il İrəvan polisinin patrul xidmətinin keçmiş başçısı Araik Xandoyan ad çəkməsə də, Melkonyanın ölümünə görə Serj Sərkisyanı ittiham edib.

Qeyd edək ki, erməni terrorçu Monte Melkonyan 1990-cı ildə ABŞ-dan Ermənistana gəlib və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu PDM-1 ekipaj tərəfindən öldürülüb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...