Həmyerlimiz Marneulinin meri seçildi - Həlledici qələbə | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Həmyerlimiz Marneulinin meri seçildi - Həlledici qələbə

Siyasət A- A A+

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin icra başçısı seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...