“Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” - Paşinyan | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


“Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” - Paşinyan

Siyasət A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyanın dünənki çıxışından sonra Qarabağ separatçılarının rəhbəri Bako Saakyan İrəvana yollanıb.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, o, İrəvanda Ermənistan parlamenti qarşısında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini deyib. O, bu addımla gərginliyi azaltmağı hədəflədiyini bildirib.

Paşinyanın “Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” bəyanatına münasibət bildirən Saakyan İrəvanın bu tip qüvvələri ortaya çıxarmaq məcburiyyətində olduğunu deyib. Saakyan belə qüvvələrin olmasıyla bağlı heç bir məlumata malik olmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...