Ermənistan baş nazirinin çağırışı AŞPA-da narahatlıq yaradıb | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Ermənistan baş nazirinin çağırışı AŞPA-da narahatlıq yaradıb

Siyasət A- A A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb.

“Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar”, – həmməruzəçilər Ermənistana tovsiyə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb.  

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...