Solovyov sərsəmlədi - "Ermənilər Qarabağda döyüşərək..." - VİDEO | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Solovyov sərsəmlədi - "Ermənilər Qarabağda döyüşərək..." - VİDEO

Siyasət A- A A+

Rusiyalı məşhur televiziya aparıcısı, rus şovinist siyasətinin ən aqressiv təbliğat vintciyi funksiyasını qeyri-peşəkar səviyyədə icra edən Vladimir Solovyov yenidən Azərbaycana qarşı provokasiyaya əl atıb.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, “Vladimir Solovyovla axşam” verilişində çıxış edən Solovyov Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına qoyub. Belə ki, Donbas böhranının müzakirə olunduğu verilişdə qondarma Luqansk “respublikası” nümayəndəsinin çıxışını kəsən Solovyov gözlənilmədən və heç bir aidiyyəti olmadan Ukraynanın Avropa Hərəkatı təşkilatının sədri Vadim Trüxan müraciət edərək, “Qarabağ kimindir?” sualını verib.

Trüxan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etməsinin ardından Solovyov əxlaqsız və aparıcıya yaraşmayan kinayə ilə yenidən ekspertdən “Bəs Ermənistan buna necə reaksiya verir?” sualına cavab istəyib. Bundan sonra Trüxanovun cavabına imkan verməyən Solovyov yenidən ona kinayəli şəkildə Paşinyanın Ukraynanın Qarabağla bağlı indiki mövqeyi ilə razı olub-olmamasını soruşub. Daha sonra özünü daha böyük erməni kimi hiss edən Solovyov “Sən Qarabağ uğrunda döyüşsəydin bilərdin ki, orada nə qədər insan qanı axıb və bu, erməni xalqını necə qəhrəmanlıq nümunəsidir. Artsax (Qarabağı nəzərdə tutur – red.) harda olmalıydısa, orda olma haqqını da əldə etdi (Solovyov Qarabağı ermənilərin “qəhrəmanlıqla döyüşüb almasına” haqq qazandırdığını ifadə edir – red.)

Videoya 1:37-dən sonra baxın

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...