“Paşinyanın şəxsiyyəti dövlət xəyanətinin təməlindədir” - Samsonyan | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


“Paşinyanın şəxsiyyəti dövlət xəyanətinin təməlindədir” - Samsonyan

Siyasət A- A A+

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Siyasi təfəkkür” ictimai təşkilatının rəhbəri, erməni politoloq Narek Samsonyan deyib.

Onun sözlərinə görə, Paşinyanın xəyanətkar qüvvələrin olduğu barədə bəyanatı yolverilməzdir.

“Ermənistan və Qarabağda (qondarma qurum-red.) Azərbaycanla müharibəyə təşviq etməyə, bir neçə rayon verməyə və bütün bunların baş verməsində yeni hakimiyyəti günahlandırmağa hazırlaşan xəyanətkar qüvvələrin olduğu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatı yolverilməzdir.

Bu, dövlət xəyanəti barədə bəyanatdır. Əgər Paşinyan dövlət xəyanətkarlarını tuta bilmirsə, o zaman belə çıxır ki, bu cür insanlar yoxdur. Əslində, Baş nazirin şəxsiyyəti dövlət xəyanətinin təməlindədir”, - deyə Samsonyan qətiyyətlə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...