Ermənistanda Aprel müharibəsi araşdırılır (istintaq) - "Niyə bir nəfər belə olsun məmur övladı..." | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Ermənistanda Aprel müharibəsi araşdırılır (istintaq) - "Niyə bir nəfər belə olsun məmur övladı..."

Siyasət A- A A+

2016-cı ilin aprelində Qarabağda gedən dörd günlük müharibə ilə bağlı bütün xüsusatları araşdırmaq üçün Ermənistanda parlament istintaq komissiyası tezliklə qurulacaq.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində hakim “Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.

2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatların araşdırılması üçün parlament komissiyası yaradılacağı haqda həftənin əvvəlində baş nazir Nikol Paşinyan Yerevanda tərəfdarları qarşısında demişdi. Paşinyanın bu bəyanatı “Qarabağ klanı”nın Ermənistanın indiki hakimiyyətinə qarşı hücumlarına cavabdır.

 

Lilit Makunts parlament komissiyasının təhqiqat predmetinin məhz hansı məsələlər olacağını aydınlaşdırmayıb. Lakin məlumdur ki, aprel müharibəsi Ermənistan ordusunun nə dərəcədə acınacaqlı və rüsvayçı durumda olduğunu üzə çıxarmışdı. Eurasia Dairy həmin hadisələr zamanı erməni mənbələrinə istinadən bu haqda dəfələrlə yazıb. Məlum olmuşdu ki, döyüşlər başlayanda Qarabağda erməni tanklarının bir çoxu akumlyatorların və yanacağın olmaması səbəbindən xoda getməyib.

Yaxud əsgərləri daşımaq üçün avtomobil nəqliyyatı çatışmayıb, çünki Ermənistan ordusunun avtomobil nəqliyyatı sınıq-salxaq maşınlardan ibarət idi. Habelə rabitə vasitələrinin çatışmaması səbəbindən komandirlər əsgərlərə əmrləri mobil telefonla veriblər, o cümlədən əsgərlərin bir çoxunun alt paltarlarının olmadığı da üzə çıxıb. Həmin vaxt prezident Serj Sərkisyan ordudan bir neçə generalları qovdu, müdafiə naziri Seyran Ohanyan isə aprel müharibəsinin nəticəsi olaraq bir neçə ay sonra vəzifəsini itirdi.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat Nairi Zöhrabyan isə deyib ki, istintaq komissiyasının yaradılması onlarla müzakirə edilməyib. Amma belə təşəbbüs olsa onlar əleyhinə olmayacaqlar. Zöhrabyan bildirib ki, o komissiyanın aprel müharibəsi zamanı ön xəttdə patronların və dizel yanacağının çatışmaması, habelə bölmələrin müasir təchizat vasitələrinin olmaması kimi məsələləri araşdırmasını istərdi. “Mən anlaya bilmirəm, nəyə görə generallar Ermənistanda ən varlı və ən elitar təbəqəyə çevriliblər”-Zöhrabyan qeyd edib.

Qeyd edək ki, Paşinyan və onu dəstəkləyənlər Qarabağ klanına təzyiqləri artırmaq və onları Qarabağda da nüfuzdan salmaq üçün bu komisisyanı yaradırlar. Məxməri inqilab göstərdi ki, Ermənistanda Qarabağ klanının legitimliyi itib, sosial dayağı zəyifləyib. Lakin bununla birlikdə klanın, xüsusilə də klanın rəhbərlərindən biri olan və yeni azadlığa buraxılmış Koçaryanın hələ də Qarabağda təsiri güclüdür. Qarabağda qondarma rejimin rəhbəri Bako saakyan başda olmaqla bir çox məmurlar və keçmiş döyüşçülər Koçaryana sadiqdirlər. Paşinyan bunu görür və klanın Qarabağdakı aktivlini öz iqtidarı üçün təhlükə hesab edir. 2020-ci ildə qondarma respublikada keçiriləcək "seçkilər" Paşinyanı bərk narahat edir. Bu seçkilərdə onun dəstəklədiyi namizədin zəfər çalması Paşinyanın məxməri inqilabının Qarabağa sıçraması mənasına gəlir. Və ancaq bu baş verdikdən sonra Paşinyan özünü sadəcə Ermənistanın deyil, həm də Qarabağın lideri hesab edə bilər. Bütün bunları nəzərə alan Paşinyan Qarabağ klanının nüfuzunu daha da endirmək üçün aprel döyüşlərindəki məğlubiyyətdən maksimum istifadə etməyə çalışır. Bu komissiya da uzun-uzadı istintaq araşdırmaları və irəli sürdüyü ittihamlarla Koçaryan, Sarkisyan və digər klan üzvlərini Qarabağ ermənilərinin gözündən salmağa xidmət edəcək.

Картинки по запросу nagorno karabakh

Qarabağlı blogger David Manukyanın sözlərinə görə aprel döyüşləri ilə bağlı iqstintaq işinin açılmasına ehtiyac var. O, qeyd edir ki, Ermənistanda, həmçinin Qarabağda hökümət bütün iqtisadi problemləri və çətinlikləri ancaq bir fakta bağlayırdı. O da dövlət gəlirinin böyük bir hissəsinin orduya xərclənməsi idi. Lakin biz aprel döyüşləri zamanı azərbaycanlıların çəkdiyi matriallardan gördük ki, sərhəd boyu postlarımız nə qədər bərbad vəziyyətdə imiş. Onlar heç də 90-cı illərin postlarından fərqlənmirdi. Həmçinin döyüş zamanı ordunun maddi-texniki təminatında da ciddi problemlərin yaşandığı məlumdur. Döyüşdə iştirak edənlərin sözlərinə görə Azərbaycan tankları heç bir maniəyə rast gəlmədən sərhəd boyu yüksəklikləri ələ keçiriblər. Bəs nə üçün o tankların irəliləyişi barədə kəşfiyyat məlumat verməyib?

Bütün bunlardan savayı aprel döyüşlərinin qurbanlarına diqqət yetirsək əksəriyyətin kasıb ailələrdən çıxmış əsgər və ya zabit olduğunu görə bilərik. Bəs nə üçün bir nəfər belə olsun məmur, dövlət işçisinin, varlı biznesmenin övladı həlak olmayıb?! Məncə istintaq komissiyası bütün bunları ciddi araşdırmalıdır.

 

Nicat İsmayılov

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...