General və oliqarxların gizli görüşü - Paşinyana qarşı çevriliş? | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


General və oliqarxların gizli görüşü - Paşinyana qarşı çevriliş?

Siyasət A- A A+

Bir neçə gün əvvəl Ermənistanın məşhur oliqarxlarından birinin villasında Qarabağ generalları və erməni oliqarxlarının gizli görüşü baş tutub.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet görüşü qondarma rejimin müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyanın təşkil etdiyini bildirib.

İddiaya görə, görüşdə tərəflər Paşinyanın devrilməsi məsələsini müzakirə ediblər. Görüşdə Paşinyanın bir müddət əvvəl xüsusi güzəştlərlə təmin etdiyi oliqarx Samvel Aleksanyanın da iştirak etdiyi vurğulanıb.

Qeyd edək ki, Samvel Karapetyan “Oqanov Samo” ləqəbi ilə tanınır. Qarabağdakı döyüşlərin aktiv iştirakçısı olub. Horadiz əməliyyatında ordumuzun gülləsinə tuş gələrək ağır yaralanıb və yalnız 3 günlük əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...