“Azərbaycanın ən böyük zənginliyi insanlarıdır” - İsveçrəli diplomat - VİDEO | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


“Azərbaycanın ən böyük zənginliyi insanlarıdır” - İsveçrəli diplomat - VİDEO

Siyasət A- A A+

Filip Ştalder ilk dəfə Azərbaycana 15 il öncə gəlib. 12 ildən sonra isə ölkəmizə artıq səfir qismində göndərilib. Onun ölkəmiz haqqında təəssüratlarını və ölkədən getməzdən öncə bizə olan arzularını Sputnik Azərbaycan-ın videosunda izləyin.

İsveçrənin Azərbaycandakı keçmiş səfiri Filip Ştalder burada keçirdiyi üç il yarım ərzində ölkəmizi qarış-qarış gəzməyə çalışıb. O inanır ki, bir diplomat kimi işlədiyi ölkənin hər aspektinə bələd olmalıdır.

“Bakını bir cümlə ilə təsvir etməyə həmişə çətinlik çəkmişəm. Ona görə də hər kəsə deyirəm ki, Azərbaycanı gəlib öz gözlərilə görməlidirlər” - deyə isveçrəli diplomat öz fikirlərini bölüşüb.

Bəs Azərbaycandan gedəndə nəyi heç zaman unutmayacaqsız sualına cavabı isə belə olub. “Mənim üçün ən maraqlı təcrübə burada insanlarla ünsiyyət qurmaq olub. Zənnimcə, Azərbaycanın ən böyük zənginliyi məhz insanlarıdır. Və mən əminəm ki, buraya yalnız ölkənin gözəl memarlığına görə deyil, həm də insanlarına görə gəlmək lazımdır”.

Bu yaxınlarda Azərbaycanda səfirlik müddəti bitən Cənab Ştalder ölkəmizdən ən xoş arzularla ayrılıb. Getməzdən öncə isə bizimlə öz həyat fəlsəfəsini bölüşüb. O bizə, həmişə açıqfikirli qalmağı və həyata maraqla yanaşmağı arzulayıb.

Biz isə Cənab Ştalderə növbəti ölkədə səfir vəzifəsində bol-bol uğurlar arzulayırıq!


 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...