Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı

Siyasət A- A A+

Yaxın Şərq ermənilərinin katolikosu Birinci Aram “vahid Ermənistan”ın yaradılması yolunda işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə çağırıb.

Virtualaz.org “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Livandakı Antilyas məbədində patriarxın bazar xütbəsinin mətni Kilikiya patriarxatının “Facebook” səhifəsində yeləşdirilib.

Kilikiya katolikosu vurğulayıb ki, Qarabağ məsələsində istənilən güzəşt Ermənistanın “xalqın qanı və alın təri ilə qaytarılmış” müstəqilliyi üçün yolverilməzdir.

“Qarabağ işğal edilmiş ərazi deyil, qəhrəmanlarımızın qanı ilə qaytarılmış doğma torpaqdır. ...Vahid və birləşmiş Ermənistan baxışının gerçəkləşdirilməsinə Qarabağın Ermənistana birləşdirilməsi ilə başlanacaq”, - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...