"Ermənistanın bu hərəkəti İran-Azərbaycan əlaqələrinə xələl gətirir" Tural Gəncəliyev

Siyasət 11:26 29.05.2019

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq”. Eurasia Diary-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nın  rəhbəri Tural Gəncəliyevin Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidində təmir işləri ilə bağlı bəyanatında deyib.

“Biz erməni mediasına istinadən Şuşa şəhərinin “Yuxarı Gövhər Ağa” məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq  Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir”.

Tural Gəncəliyev əlavə edib ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan “Yuxarı Gövhər Ağa” məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində Şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib: “İşğal olunmuş Şuşa şəhərində digər abidələr və dini ibadət ocaqları da eyni aqibətlə üzləşmişdir. Şuşa sanatoriyasının ərazisindəki Rus kilsəsinin kümbəzi dağıdıb yenidən tikərək obrazı dəyişdirilib və Rus kilsəsi yeni uydurma Kanaç jam adlandırılıb. Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. “Yuxarı Gövhər Ağa” məscidinin “bərpa edilməsi” altında Ermənistanın hansı məkrli niyyətinin durduğunu qeyd olunanlar müstəvisində daha aydın görmək mümkündür. Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.   

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın bu hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz vandal hərəkətlərinin pislənilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO, digər beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edir. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi anlaşılardı. Əgər dünya ictimaiyyəti qeyd olunanlar müqabilində səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq!”

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Millimizin heyəti AÇIQLANDI - SİYAHI
01:00 17.04.2024
BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Hamısı