Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, o, bununla bağlı “Facebook” hesabında yazıb.
A.Zeynalyan istefasının səbəbini açıqlamayıb.
Yeri gəlmişkən, bu, Ermənistan məhkəmə sistemində ikinci istefadır. Bundan əvvəl Ali Məhkəmə Şurasının sədri vəzifəsini icra edən Qevorq Danielyan istefa vermişdi.
O öz bəyanatında qeyd etmişdi ki, bir il müddətində Ermənistan hakimiyyəti ilə gərgin, demək olar ki, qəbuledilməz iş və ofis, mətbuatda qondarma məlumatların yayılması şəraitində çalışıb.
KİV onu da xatırladır ki, baş nazir Nikol Paşinyan bir müddət əvvəl məhkəmə hakimlərini istefa verməyə çağırmışdı. Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinə istefa ərizəsi yazmaları üçün təzyiq göstərmələri tapşırığının verildiyi barədə xəbər də yayılmışdı.
Qeyd edək ki, sözügedən nazir dəfələrlə Ermənistanın hüquq müdafiəçisi adına layiq görülüb.
Onun işdən çıxmasına səbəb, hələ Qarabağ klanı hakimiyyətdə olan zamanlardan “Corc Soros fondu” ilə sıx əlaqədə olması hesab edilir. Artak Zeynalyan “Soros fondu”nun göstərişi ilə işləyən QHT-lərin koalisiyasının işini yönləndirənlərdən biri olub.
Qeyd edək ki, həmin dönəmdə “Soros fondu” ilə işləyən bir çox şəxslər Ermənistanda hakim vəzifələrdə yer tutub.
Həmin şəxslərdən bir neçəsi indi də Paşinyanın qurduğu yeni bürokratik sistemdə təmsil olunur.