Hərbçimizin ölüm əmrini Tonoyan verib - İrəvandan etiraf | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Hərbçimizin ölüm əmrini Tonoyan verib - İrəvandan etiraf

Siyasət A- A A+

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisi Elşən Xəlilovu şəhid edən hərbçiləri mükafatlandırıb.

Eurasia Diary xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan paylaşıb.

Ovanisyan bu şəxslərin Tonoyan tərəfindən mükafatlandırıldığını bildirib:

“Hərbçilər qarşıya qoyulan tapşırığı yüksək səviyyədə icra ediblər”.

Mətbuat katibi dolayı yolla Elşən Xəlilovun qətli əmrinin İrəvandan gəldiyini etiraf edib. Ovanisyan Xəlilovun qətlinin bir müddət öncə məhv edilən erməni hərbçi Sipan Melkonyanın məhvinə görə qisas olduğunu da deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...