İrəvanla əsas problem bundan ibarətdir - Belarus | Eurasia Diary - ednews.net

22 Sentyabr,


İrəvanla əsas problem bundan ibarətdir - Belarus

Siyasət A- A A+

Avrasiya İttifaqına qarşı xarici qüvvələr aktiv çalışırlar.

Eurasia Diary xəbər verir ki, bunu Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk deyib.

“Açıq mətnlə deyirəm: Bizə qarşı aktiv iş ciddi resurslar cəlb edilərək aparılır”, – deyə o bildirib.

O, Ermənistanın əsas çətinliyinin onun eksklav (ölkənin əsas ərazisindən ayrılan və digər dövlətlərlə qeyri-suveren region – red.) olmasıyla əlaqələndirib:

“Bizim Ermənistanla vahid gömrük məkanımız, vahid iqtisadi məkanımız var, amma coğrafi xüsusiyyətlərə görə müəyyən formallıqlar sərhədlərdən keçirilməlidir. Əminəm ki, bu, gələcəkdə həm də əlavə tərəfdaşların Avrasiya İttifaqı layihələrinə cəlb edilməsiylə həll ediləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...