Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edib | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edib

Siyasət A- A A+

Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış daha bir neçə “Dostluq haqqında xartiya”nı ləğv edib.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransada fəaliyyət göstərən “armenews.com” erməni internet resursu məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv edib.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...