"Tonoyanın əsgərimizi öldürmək əmri..." - XİN-dən sərt cavab | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


"Tonoyanın əsgərimizi öldürmək əmri..." - XİN-dən sərt cavab

Siyasət A- A A+

Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır. Təəccüblüdür, Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizdə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq", - XİN-in açıqlamasında qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...