Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini 16-18 iyun tarixlərində, Bakı şəhərində keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcra Şurasının 110-cu iclasında iştirak etdi.
Eurasia Diary xəbər verir ki, Meksika dünyanın ən çox ziyarət olunan altıncı ölkəsi və Amerika kontinentlərində ən çox ziyarət olunan ikinci istiqamətdir. Tarix, mədəniyyət, mətbəx, eyni zamanda, iqlim və coğrafi yerləşməsi Meksikanı beynəlxalq turistlər üçün cəlbedici məkana çevirir.
Turizmin inkişafı ölkənin dünyadakı simasına, həmçinin milli iqtisadiyyatına töhfə verir. Rəsmi rəqəmlərə əsasən, turizm Meksika ÜDM-un təxminən 8,7% təşkil edir, 4,1 milyon birbaşa və 6,5 milyon vasitəli iş yeri yaradır. 41,4 milyon ziyarətçi qəbul edən Meksika, ilboyu 22 min 500 milyon dollar gəlir əldə edərək, valyuta qəbulu üzrə 16 yeri tutur.
Bugün ölkənin 64-ü beynəlxalq olan 76 hava limanından ibarət şəbəkəsi var. Meksikaya hava nəqliyyatı ilə gələn turistlərin 56,1 faizi ABŞ, 11,5 faizi isə Kanada vasitəsilə uçuşlarını həyata keçirirlər. Əsas istiqamətlər bunlardır: Kankun, Rivyera Maya, Mexiko şəhəri, Los Kabos, Masatlan və Quadalaxara.
Hazırda, Meksika Hökümətinin turizm üzrə təklifi mövcud istiqamətləri möhkəmləndirmək, eyni zamanda, ölkənin hər bölgəsinin cəlbedici xüsusiyyətlərinə uyğun çoxsaylı və müxtəlif alternativləri yaratmaqla turistik potensialı genişləndirməyi imkan verəcək balanslaşdırılmış regional turizm inkişafını yaratmaq məqsədini daşıyır.