“Hələ də kişi və qadınların məvacibləri arasında fərqlər var” - BMT Baş katibinin müavini | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


“Hələ də kişi və qadınların məvacibləri arasında fərqlər var” - BMT Baş katibinin müavini

Siyasət A- A A+

“Hələ də dünyada kişi və qadınların aldıqları məvaciblər arasında fərqlər var. Qadınlara kişilərlə müqayisədə eyni dəyərli iş üçün az məvacib ödənilir. Bu boşluqlar aradan qaldırılmalıdır”.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu BMT-nin Dövlət Xidmətləri Forumunda Dövlət Sektoru üzrə Ümumdünya hesabatının təqdimatı zamanı BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Liu Zenmin deyib.

Onun sözlərinə görə, əksər dövlətlərdə korrupsiyaya qarşı təsisatlar yaradılmaqdadır.

BMT Baş katibinin müavini vurğulayıb ki, ötən il vətəndaşlarının elektron məlumatlara əlçatanlığı təmin edilən ölkələrin sayı 139-a çatıb.

O da diqqətə çatdırılıb ki, hesabat 5 fəsildən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...