"İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir" - BMT Ali Komissarı | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


"İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir" - BMT Ali Komissarı

Siyasət A- A A+

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Suriyada və İraqda saxlanan 55000-ə yaxın xarici vətəndaş olan keçmiş İŞİD döyüşçüləri və onların ailələrinin ədalətli mühakimə olunması və ya azad olunmasının vacib olduğunu bildirib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Mişel Başelet BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən üçhəftəlik sessiyasının açılışında deyib.

Mişel Başelet vurğulayıb ki, ölkələr İŞİD-ə qoşulmuş vətəndaşlarının məsuliyyətini qəbul etməlidir: "Bu döyüşçülərin onsuz çox əziyyət çəkmiş uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...