Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ekspert Stepan Danielyan deyib.
Onun sözlərinə görə, ölkənin konstitusiyasına əsasən Sarkisyan konstitusiyanın qorunmasına əməl etməyə borclu olsa da, bunu bacarmayıb.
“Armen Sarkisyan ölkənin başçısıdır. Ölkənin konstitusiyasına əsasən isə ölkə rəhbəri konstitusiyanın qorunmasına əməl etməyə borcludur. Ermənistan konstitusiyasının zəmanətçisi olan Sarkisyan ölkədə konstitusiya quruluşunu ən azı 3 dəfə (2 oktyabr, məhkəmələrin qapılarının bağlanmasına mane olmamaq və Vahe Qriqoryanın qanunazidd namizədliyi) qoruya bilməyib.
Ola bilər ki, Sarkisyan Ermənistan prezidenti olmaq istəmir. Lakin onu məcburi saxlayırlar. Yoxsa onun Ermənistan prezidenti olaraq, iş adamlarına Ermənistana sərmayə qoymağa çağırış etməsini necə başa düşmək olar? Lakin Sarkisyan Ermənistanda yox, rəqib Azərbaycanda fəaliyyət göstərən şirkətlərə sərmayə qoyur.
Beləliklə, Sarkisyan, həmçinin ingilis “British Petrolium” və Hindistana aid ONGC şirkətlərinə sərmayə qoyan “Knighstbridge Group” şirkətinin sədridir. (Şəkil sübutdur) Bu iki şirkət müvafiq olaraq Azərbaycanın ən böyük qaz ehtiyatlarına malik “Şahdəniz” zonasında 28,8 və 2%-ə malikdir. Bu hələ son deyil”, - deyə Danielyan bildirib.
O qeyd edib ki, Sarkisyan sanki Ermənistan prezidenti yox, tanınmış aktyordur və ermənilər onun ailə şəkilləri, burger düzəltməsi, dondurma yeməsi və rəqs etməsindən başqa heç nə görməyib.
“Çox maraqlıdır ki, bizim prezidentimiz Parisin “Lİ Burje” aviasalonunun təşkil etdiyi dünya aviasiya şousunda hörmətli qonaqlardan biri idi. Həmin dövrdə Ermənistanda və bölgədə təhlükəli vəziyyət vardı. Lakin məsələn, bizim mülki aviasiya rəhbəri tədbirə dəvət edilməyib.
Faktiki olaraq, bizim prezident “Knighstbridge Group”, həmçinin “Thales”ə sərmayə qoyur. Həmin şirkət Paris aviaşousunda Azərbaycanla birgə müəssisə yaratmaqla bağlı razılaşma əldə edib. Şirkət müxtəlif növlü radar sistemləri və Azərbaycan ordusunun istifadə edəcəyi zirehli texnika istehsal edəcək.
Sarkisyan ailə şəkilləri, burger düzəltməsi, dondurma yeməsi və rəqs etməsindən başqa bizə nə verib? O, həmçinin azərbaycanlı tələbənin sualına cavab verərkən qeyd edib ki, Qarabağ münaqişəsini həll etməyin zamanı gəlib.
Necə həll etmək və niyə məqamı 20 il əvvəl yox, məhz indi gəlib? Yoxsa, Azərbaycandan Avropaya qaz kəmərinin maneəsiz istismarının yeganə zəif yeri, Qarabağla bərabər Ermənistandır?,” - deyə erməni ekspert Sarkisyanı vecəyaramaz prezident adlandırıb.
Alpər Mövludoğlu