Mehriban Əliyevadan ordu günü ilə bağlı - Paylaşım | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


Mehriban Əliyevadan ordu günü ilə bağlı - Paylaşım

Siyasət A- A A+

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Eurasia Diary xəbər verir ki, bu abrədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram hesabında qeyd olunub:

"Əziz həmvətənlər! Əziz hərbi qulluqçular və veteranlar!

Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.

Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.

Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...