Erməni KİV-ləri Azərbaycan Meğri variantını təklif edir

Siyasət 11:54 01.07.2019

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, erməni KİV-ləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyanatını şərh edən azərbaycanlı ekspertlərin analizlərinin detallarını aydınlaşdırmaq istəyib.

KİV-lər iddia edir ki, bəyanatda şərhçilərin diqqətindən kənarda qalan bir nüans var.

“Vaşinqton görüşündən sonra Elmar Məmmədyarovun bəyanatında şərhçilərin diqqətindən kənarda qalan bir nüans var idi. O bildirdi ki, “əsas danışıqlar erməni qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasından sonra başlaya bilər”.

Anlaşıldığı kimi, söhbət keçmiş Qarabağ ətrafındakı ərazilərdən və Qarabağın (qondarma qurum-red.) son vəziyyəti məsələsi üzrə aparılan danışıqlardan gedir. Məmmədyarovun bu bəyanatından sonra “Atlas” analitika mərkəzinin direktoru Elxan Şahinoğlu yazdı ki, əgər öz müqəddəratını təyin etmək və Ermənistan-Dağlıq Qarabağ məhdudiyyətsiz kommunikasiya proqramının təmin olunması müzakirə edilirsə, o zaman Azərbaycan tərəfi Naxçıvanın “blokada” problemində təkid etməlidir.

Yəni, Ermənistan da Azərbaycan-Naxçıvan dəhlizinin maneəsiz fəaliyyətini təmin etməlidir. Deyəsən, Azərbaycan tərəfindən bu kimi analitik yanaşma son illərdə ilk dəfə dövriyyəyə qoyulur. Bakı əvvəllər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Dağlıq Qarabağ quru əlaqəsi razılaşması haqqında danışırdı. Hazırda belə bir iddia yoxdur. Ehtimal etmək olar ki, Bakıda ən azından ekspert səviyyəsində “Meğri” variantına qayıtmaq ideyası müzakirə olunur. Bundan başqa, Azərbaycanın ekspert cəmiyyəti tərəfindən olduqca maraqlı digər bir versiya irəli sürülüb.

Erməni KİV-ləri qeyd edir ki, ABŞ-Türkiyə anlaşılmazlıqlarına Avropa İttifaqı öz töhvəsini verəcək.

“Versiyaya əsasən, hədsiz dərəcədə böyük ehtimal var ki, ABŞ-Türkiyə anlaşılmazlıqları getdikcə dərinləşəcək. Avropa İttifaqı da buna öz töhfəsini verəcək. Türkiyə isə Rusiya və Çinlə yeni Avrasiya geosiyasi alyansının formalaşdırılmasına məcbur qalacaq. Bir neçə azərbaycanlı ekspertlərin vurğuladığı kimi, bunun üçün Türkiyə və Rusiya arasında birbaşa quru kommunikasiya məsələsinin həll edilməsi lazım olacaq.

ABŞ və Avropa İttifaqı Gürcüstan razılaşması üçün Bakı-Qars dəmiryol xəttinin Rusiyaya birləşməsinə icazə verməyəcək. Azərbaycanlı analitiklərin fikrincə, Türkiyə və Rusiya hazırda Meğri dəmiryol xəttinin yenidən fəaliyyətə başlaması ehtimalını müzakirə edirlər.

Buna baxmayaraq, problem yalnız işğal olunmuş ərazilərin azad olunmasından sonra həll edilə bilər. Azərbaycanlı analitik Əhmədoğlu belə bir fikir ifadə edib ki, bu problemin müzakirə olunması məqsədilə Moskva “Rusiya dəmiryolları”nın direktor müavini Maşarini İrəvana göndərib, lakin Ermənistanın Baş naziri Nikol Paşinyan onları qəbul etməyib. Buna görə də azərbaycanlı analitik hesab edir ki, əgər Azərbaycan Lələtəpə istiqamətində hərbi əməliyyatlara başlasa, Rusiya buna qarşı çıxmayacaq.

Görünür, Azərbaycan Meğri variantına qayıtmaq üçün həll yolu təklif edir. Əgər bu baş verməsə, o zaman Rusiyanın razılığı ilə Qarabağın cənubunda hərbi əməliyyatlar başlaya bilər. Bundan başqa, İlham Əliyev-Putin-Ruhani görüşünün gündəmində üç ölkənin dəmiryol xətlərinin birləşdirilməsi məsələsi də anonslaşdırılıb”, - deyə erməni KİV-ləri vurğulayır.

Alpər Mövludoğlu

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı