“Hərbi hissəyə qayıtsam, özümü öldürəcəm...” - Erməni əsgər | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


“Hərbi hissəyə qayıtsam, özümü öldürəcəm...” - Erməni əsgər

Siyasət A- A A+
Ermənistanın Açapnyak mərzindən olan 19 yaşlı erməni əsgər Narek. C. qanuni məzuniyyəti bitdikdən sonra xidmət etdiyi hərbi hissəyə geri dönməkdən qəti şəkildə imtina edib.
 

Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.

“Report” xəbər verir ki, Ermənistanın Açapnyak administrativ dairəsindən olan əsgər qanuni məzuniyyət alaraq, evlərinə gedib.

İyunun 30-da məzuniyyət müddəti başa çatdığı üçün, o, hərbi hissəyə qayıtmalı imiş. Ancaq əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib. O, valideynlərinə deyib ki, hərbi hissəyə qayıtsa intihar edəcək.

Narekin sözlərinə görə, onu hərbi hissədə öldürəcəklər. Valideynləri psixoloqa müraciət ediblər. Mütəxəssislər onu intihar etmək fikrindən daşındırıblar. Əsgər hərbi hospitala yerləşdirilib.

Hazırda əsgər həkimlərin və hərbi polisin nəzarəti altındadır. Onun qulluq etdiyi hərbi hissədə araşdırma aparılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...