BMT Azərbaycana maliyyə yardımı ayırıb | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


BMT Azərbaycana maliyyə yardımı ayırıb

Siyasət A- A A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyası sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmənin həyata keçirilməsini təşviq etmək üçün Azərbaycana maliyyə yardımı ayırıb.

Eurasia Diary-nin BMT-nin Avropa İqtisadi Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın yaşıllaşdırılması” (EaP GREEN) layihəsinin “Ətraf mühit üçün Avropa İttifaqı” proqramı çərçivəsində Azərbaycanla bərabər, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya ümumilikdə 2.6 milyon dollar həcmində maliyyə yardımı ayrılıb.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın yaşıllaşdırılması” layihəsinin ümumi məqsədi iqtisadi inkişaf prosesinin ətraf mühitin tənəzzülü və resursların tükənməsi prosesindən ayrılmasında Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkəyə – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya dəstək göstərməkdir.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...