Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinə gəlib.
Eurasia Diary erməni KİV-ə istinadən bildirir ki, A.Davtyan burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb, hərbi məsələlərə dair müzakirələr aparıb.
Görüşdə separatçıların “müdafiə naziri” Karen Abramyan da iştirak edib.