Prezidentdən millət vəkilləri ilə bağlı - SƏRƏNCAM | Eurasia Diary - ednews.net

18 Avqust,


Prezidentdən millət vəkilləri ilə bağlı - SƏRƏNCAM

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatlarının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Eurasia Diary xəbər verir ki, sərəncamın mətni yaxın saatlarda yayılacaq.

Qeyd edək ki, ötən il təsis olunan bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...