Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond öz üzərinə götürüb.
Eurasia Diary “Qafqazinfo”-a istinadən xəbər verir ki, uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirən Ə. Mütəllibovanın yas mərasimi ilə bağlı bütün xərcləri Fond yerinə yetirəcək.