Millət vəkili Aydın Mirzəzadə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulub.
Eurasia Diary xəbər verir ki, bu barədə millət vəkilinin özü Feysbuk hesabında qeyd edib.
“Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Əli Əhmədovun təşəbbüsünə qoşularaq bu gün aylıq maaşımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirdim”, - A.Mirzəzadə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov aylıq əməkhaqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna yatıracağını bildirərək, digər siyasi xadimlərin də dəstək aksiyasına qoşulması üçün çağırış etmişdi.