Azay Quliyev yenidən və yekdilliklə ATƏT PA-nın 2022- ci ilə kimi vitse-prezidenti seçilib.
Eurasia Diary xəbər verir ki, Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyasının yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Məlumata görə, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə bu vəzifəyə seçilib.
Azay Quliyevin səlahiyyət müddəti 2022-ci ilədək davam edəcək.