Parlament hansı hallarda buraxıla bilər? Deputat AYDINLIQ GƏTİRDİ

Siyasət 12:30 09.07.2019

Milli Məclisin deputatlarının hələ də məzuniyyətə getməməsi, bu il növbədənkənar iclasların sayının əvvəlki illərlə müqayisədə çox olması parlamentlə bağlı bəzi iddialara yol açıb. 

Ancaq Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədə yayılan söz-söhbətə cavab olaraq həm hakimiyyət nümayəndələri, həm də parlament rəsmiləri bildiriblər ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisə növbəti seçkilər gələn il – 2020-də keçiriləcək. 

Bəs ümumiyyətlə, parlament hansı hallarda buraxıla bilər?

Eurasia Diary xəbər verir ki, modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

Deputat  bildirib ki, ümumiyyətlə parlamentin buraxılması müzakirə mövzusu deyil:

“Parlamentin buraxılacağı ilə bağlı iddiaların heç bir qanuna söykənən əsası yoxdur və şayiələrdən ibarətdir. Müxtəlif qruplar oturub nə isə fikirləşir və bunu ictimailəşdirərək, dezinformasiya yayılmasına yol açırlar. Faktiki olaraq Milli Məclis öz işini davam etdirir və hazırda belə bir məsələ gündəmdə deyil”.


V.Əhmədov şayiələrin nədən qaynaqlandığını da izah edib:

“Həmişə iyunun 30-na qədər Milli Məclisin iclasları yekunlaşdırılırdı və deputatlar bundan sonra tətilə gedirdi. Bu il isə vaxt uzadılıb. Məsələ burasındadır ki, biz əvvəllər qanunları ilk oxunuşda qəbul edirdik, işlər də sürətli gedirdi. Amma indi elə qanunlar və dəyişikliklər var ki, biz onu üç oxunuşda qəbul edirik. Məsələn, bugünkü iclasda 30-a yaxın qanun üçüncü oxunuşda qəbul olunacaq. Bütün bunlar üçün çox vaxt sərf olunur. Həm plenar iclaslarda, həm komitə iclaslarında gedən müzakirələrin çoxluğu səbəbindən çatdıra bilmirik. Ona görə də bu qanunların qəbulu üçün əlavə vaxt təyin olundu ki, növbəti mövsümə qalmasın. Yəni bunun başqa səbəbi yoxdur. Parlament normal işləyir, qanunları qəbul edir, ölkədəki islahatları dəstəkləyir. Ona görə də parlamentin buraxılması iddialarının heç bir qanuni bazası yoxdur”.

Deputat parlamentin hansı hallarda buraxılacağına da aydınlıq gətirib:

“Parlament seçkili orqandır, buraxılması seçicilərin narazılıqları və tələbilə reallaşa bilər. Eyni zamanda, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə Prezidentə parlamenti buraxmaq, ona növbədənkənar  seçki təyin etmək səlahiyyəti verilib. Amma Prezidentin parlamenti buraxması üçün xüsusi hallar nəzərdə tutulub. Əgər parlament il ərzində iki dəfə Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə etimadsızlıq götərərsə, Prezident parlamenti buraxa bilər. Bir də Konstitusiyada belə bir maddə var ki, təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Milli Məclisdə isə belə hallar baş verməyib”.

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı