Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclası başa çatıb.
Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, iclasın gündəliyində olan 35 məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Gündəlikdə olan məsələlər əsasən II və III oxunuş olub.
Xatırladaq ki, iclas saat 12-də başlayıb, 1-də yekunlaşıb.
Qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası iyulun 12-də keçiriləcək.