Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.
V. Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşləri planlaşdırılır.
T. Uolters NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı vəzifəsində bu ilin mayında təyin olunub. O, bu vəzifədə general Kertis Skaparrottini əvəz edib.
Xatırladaq ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.