S-400-lər Türkiyəyə nə vəd edir? Bu bölgələr nəzarətə götürüləcək

Siyasət 15:43 10.07.2019

İlqar Vəlizadə: “Türkiyə daha cəsarətli və aktiv siyasət yürüdə biləcək”

Elxan Şahinoğlu: “Türkiyə regional liderliyi tamamilə ələ alacaq”

 

Xəbər verdiyimiz kimi, Türkiyə və Rusiya S-400 raket kompeksinin Türkiyəyə satılmasında tam razılığa gəliblər və Türkiyənin S-400-lərə yiyələnməsinə artıq saatlar qalıb.

Türkiyənin ABŞ təzyiqlərinə rəğmən S-400 raket sistemlərinə yiyələnməsi bu sistemlərin Türkiyə üçün nə qədər strateji əhəmiyyətə malik olmasının bariz nümunəsidir.

Bəs S-400 raket sisteminə sahib olmaq Türkiyəyə hansı üstünlükləri qazandıracaq?

Eurasia Diary mövzu ilə bağlı azərbaycanlı ekspertlərin fikirlərini öyrənib.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə Türkiyənin S-400 raketlərinə böyük ehtiyacı var idi.

“Çünki son illərdə Yaxın və Orta şərq regionunda silahlanma yarışı olduqca intensivləşmişdi. Səudiyyə Ərəbistanı, İran, Misir və s. ölkələr gündən-günə öz hərbi arsenalını daha da gücləndirib. Ona görə də Türkiyənin bu rəqabətdə geri qalmaması üçün bu raket sistemlərinə sahib olması çox vacib bir nüans idi” – deyən politoloq həmçinin qeyd edib ki, Türkiyənin ətrafı münaqişə ocaqları ilə doludur:

“Diqqət yetirsək Yaxın və Orta Şərq regionu, xüsusən də “Ərəb baharı”ndan sonra münaqişələr və terrorizm mərkəzinə çevrilib. Türkiyə ilə sərhəddə yerləşən Suriyada faktiki olaraq vətəndaş müharibəsi bitməyib. İraqda hələ də siyasi sabitlik təmin edilməməklə birlikdə, ölkənin şimalında PKK terror qruplaşmasının mövcudluğu davam edir. Eyni zamanda Türkiyə üçün yeganə təhlükə Yaxın Orta Şərqdən gəlmir, həmçinin Şərqi Aralıq dənizi getdikcə Türkiyə üçün problemli regiona çevrilməkdədir. Türkiyənin sərhəddində yerləşən İranın ABŞ-la gərgin münasibəti və hər an müharibə ehtimalının mövcud olması Türkiyə üçün bir təhlükəsizlik problemi sayıla bilər. Bütün bunları nəzərdən keçirdikdə Türkiyənin sərhədlərindən gələ biləcək təhlükələrə qarşı özünü qoruması üçün S-400 raketlərinə sahib olması zəruri idi”.

İlqar Vəlizadəyə görə S-400 raketləri Türkiyə üçün sadəcə hərbi deyil, eyni zamanda geosiasi əhəmiyyətə malikdir.

“Belə ki, Türkiyə bu sistemlərə sahib olmaqla regiondakı qüvvələr balansında hazırda özünün xeyrinə olan status-kvonu qoruyub saxlaya biləcək. Həmçinin Türkiyə bu sistemə yiyələndikdən sonra geosiyasi hədəflərinə nail olmaq üçün daha cəsarətli və aktiv siyasət yürüdə biləcək”, - deyə ekspert bildirib.

 

Politoloq Elxan Şahinoğlu da öz növbəsində S-400-ün Türkiyə üçün hərbi və siyasi əhəmiyyətinə toxunub. Politoloqun sözlərinə görə Türkiyə ilk NATO dövləti olacaq ki, həm NATO-nun, həm də Rusiyanın istehsal etdiyi hərbi qurğulara sahib olacaq:

“Bu fakt Türkiyənin bu məsələdə əslində çox uğurlu siyasət yürütdüyünü gözlər önünə sərir”

E.Şahinoğlu qeyd edib ki, Türkiyənin S-400 raketlərini Rusiyadan alması ABŞ maraqlarına ziddir.

“Ona görə də ABŞ bacardığı qədər bu işi əngəlləmək üçün müəyyən cəhdlər və təzyiqlər edir və edəcək. Lakin belə hesab edirəm ki, ABŞ-ın təzyiqləri çox uzun müddət davam edə bilməz. Çünki Tramp da yaxşı bilir ki, Türkiyə ilk olaraq “Patriot” sistemlərini almaq üçün  ABŞ-a müraciət etmişdi. Lakin Obama höküməti bu sistemləri Türkiyəyə satmaqdan imtina elədi. Bunu G 20 zirvəsində Ərdoğanla görüşündə Tramp da bir daha xatırlatdı və günahı Obamanın boynuna atdı. Ona görə də belə hesab edirəm ki, ABŞ-dan müəyyən təzyiqlər olsa da artıq S-400 məsələsi bitib və ABŞ bu məsələnin üzərində daha çox durmayacaq”, - deyə ekspert bildirib.

Elxan Şahinoğlu hesab edir ki, S-400 raketinə sahib olmaq Türkiyənin xüsusən də Yaxın və Orta Şərq regionunda və Şərqi Aralıq dənizindəki mövqelərinin güclənməsinə şərait yaradacaq:

“Türkiyə bu raket sistemlərinə sahib olmaqla regionda öz təhlükəsizliyini daha inamla müdafiə edəcək. Və bu Türkiyənin regiondakı siyasi proseslərə təsirini artırması və regional liderliyi tamamilə ələ alması mənasına gəlir”.

 

Nicat İSMAYILOV

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Hamısı