ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyə yönələn düzəlişi qəbul edib.
Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı bir sıra təkliflərlə çıxış edir.
- Təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsi
- ATƏT-in müşahidəçilərinin sayının artırılması
- Təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunması
Artıq, ABŞ-dakı erməni diasporu düzəlişin qəbul olunasına müsbət reaksiya verib. Konqresmen Cudi Çu ermənipərəst mövqeyi ilə tanınır.