Bakıda ərazi bütövlüyü bəyanatı verən Tusk İrəvanda erməniləri pərt elədi

Siyasət 10:20 12.07.2019

Aİ Prezidentinin “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”ndan danışmaması erməni ictimaiyyətində narazılıq doğurub; Qafar Çaxmaqlı: “Aİ bu məsələdə loyaldır, heç vaxt qərarlı addım atmır...”

Avropa İttifaqının Prezidenti Donald Tusk Cənubi Qafqaz turnesinə Azərbaycandan başlamaqla özünün və rəhbərlik etdiyi təşkilatının ölkəmizə  verdiyi dəyəri nümayiş etdirdi. Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də ölkəmizə münasibətini növbəti dəfə sərgiləmiş oldu.

Qeyd edək ki, cənab Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edib, həmçinin “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışına qatılıb. Digər iki ölkədəki çıxışlarından fərqli olaraq, onun Bakıda verdiyi bəyanat daha cəlbedici və mühüm idi. Xüsusilə də yüksək səviyyədə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün önə çəkilməsi olduqca vacib məsələ sayılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdən sonra bildirdi ki, Avropa İttifaqı Şurasının prezidentilə təkbətək görüşü zamanı ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verib. Dövlət başçısı bir daha rəsmi Bakının prinsipial mövqeyini bəyanladı: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib”.

Prezident qeyd etdi ki, münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir: “Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

tusk ilham əliyev ile ilgili görsel sonucu

Avropa İttifaqının Prezidenti Donald Tusk da öz bəyanatında vurğuladı ki, regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik: “Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Biz, ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.

Qeyd edək ki, Tuskun Azərbaycandakı görüşləri və bəyanatları Ermənistanda da həssaslıqla izlənildi. Xüsusilə də beynəlxalq təşkilat prezidentinin “Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır” çağırışı ermənilərin ürəyincə oldu. Əslində bu gün Ermənistanın əsas istəyi və arzusu budur ki, beynəlxalq qurumlar, aparıcı paytaxtlar Azərbaycana təzyiqlər göstərsin və hərbi əməliyyatların yolu kəsilsin. Lakin Azərbaycan rəhbərliyi daim bəyan edib ki, torpaqlarını güzəştə getmək niyyətində deyil səbri də tükənməz deyil. Bunu 2016-cı ilin aprel döyüşləri də sübut etdi. Ancaq Bakı insan itkisindən qaçmaq üçün torpaqların işğaldan sülh yolu ilə azad olunması üçün sonadək cəhdlər göstərməkdədir. Bu isə hərb yolundan imtina kimi anlaşılmamalıdır, elə ordumuzun qüdrətinin artırılması istiqamətində davamlı addımlar da bunu təsdiqləyir. 

*****

Bakıya səfərindən sonra İrəvana gedən və burada görüşlər keçirən Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, Tusk Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyi halda İrəvanda bir dəfə də olsun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”nu dilinə gətirməyib. Tusk bu barədə baş nazir Paşinyanla keçirdiyi mətbuat konfransında da danışmayıb. Səfərin yekunlarını şərh edən erməni politoloqlar da Donald Tuskun bu mövqeyindən pərt olduqlarını etiraf ediblər. Analitik Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində Tuskun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”ndan danışmamasının erməni ictimaiyyətində narazılıq doğurduğunu bildirib. Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”. Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil: “Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq, onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.

Ä°lgili resim

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Avropa İttifaqının mövqeyində heç bir dəyişiklik yoxdur: “Bu birlik BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qərar və qətnamələri dəstəkləmək zorundadır. Ərazi bütövlüyümüzü dəstəkləmək Azərbaycana qarşı da bir jest deyil, reallıqdır. Avropa İttifaqı Azərbaycanla bağlı başqa cür davrana bilməz. Bu qurum əvvəldən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini hər zaman deyir”.

Amma Q.Çaxmaqlı əlavə etdi ki, Tuskun İrəvanda bildirdiyi kimi, təşkilat prosesin beynəlxalq hüquq və normalar çərçivəsində aparılmasını da arzulayır və məsələnin nəyin bahasına olursa-olsun Azərbaycanın xeyrinə olmasını demir:“Bu isə ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil edir. Aİ bu məsələdə loyaldır, heç vaxt qərarlı addım atmır, Minsk Qrupunun illərlə başımızın altına atdığı yastığı o biri üzünə çevirməklə məşğuldur və prinsipcə ermənilərin bu əraziləri işğalının uzadılmasına xidmət edir. Tusk İrəvanda nə üçün erməni işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb etmədi, işğalçını öz adı ilə çağırmadı? Məsələ burasındadır ki, Avropa quruluşları Ermənistanı öz tərəflərinə çəkmək prinsipi ilə yanaşırlar, onu Rusiyanın caynağından qoparmaq üçün siyasətlərini davam etdirirlər”. Q.Çaxmaqlı əlavə etdi ki, sülh yolu ilə məsələ həll edilmir, Tuska görə, hərbi yolla da onun həlli mümkün deyil: “Belə çıxır ki, sabah Azərbaycan öz torpaqlarını azad etməyə qalxsa, Avropa İttifaqı buna qarşı çıxacaq?..”

****

Elə beynəlxalq təpkinin olmamasının məntiqi nəticəsidir ki, erməni ordusu Tuskun Cənubi Qafqazda olduğu saatlarda Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə başlayıb. “Eurasia Diary” xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, motoatıcı batalyonların iştirakı ilə başlayan təlimlər real döyüş şəraitinə maksimal yaxınlaşdırılıb. Hücum və əks-hücum taktikalarını sınaqdan çıxaran qüvvələr şərti düşmənə qarşı əks-hücuma keçərək mövqelərini bərpa ediblər. Qeyd edək ki, ermənilərin bu cür həyasız davranışlarına həmsədrlər də biganədir. Bu isə Qarabağdakı nisbi sakitliyin bir gün pozulacağına şübhə yeri qoymur.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə də “Yeni Müsavat”a açıqlamasında sükutun pozulmasının an məsələsi olduğunu söylədi: “Azərbaycan hər zaman müharibəyə hazırdır və keçirilən mütəmadi təlimlər buna hesablanıb. Həmsədrlərin regiona səfərləri Moskva və Vaşinqton görüşlərinin qabaqcadan hazırlanması mümkün müharibə ehtimalını arxa fona keçirdi. Ermənistan rəhbərliyi əgər danışıqlara getməsə idi, mümkün müharibə ehtimalı var idi. Ordumuzda hazırlıq yüksək səviyyəyə qaldırılmışdı”.

M.Əsədullzadə qeyd etdi ki, böyük müharibə xəbərdarlıqları edən ABŞ-ın kəşfiyyat məlumatları hələ də aktual olaraq qalır: “Məsələ odur ki, Vaşinqton görüşündən sonra müəyyən stabillik var cəbhə xəttində. Hesab edirəm ki, burada konfindensial danışıqlar var. Yoxsa Azərbaycan belə bir situasiyada Ermənistanın bu kimi status-kvonu qorumaq cəhdinə səbirlə yanaşmazdı. Əgər proseslərdə irəliləyiş olmasa, Azərbaycan cəbhədə təzyiqləri artıracaq. Nəticədə bu, lokal əməliyyatlara gətirilə bilər”.

M.Əsədullazadənin fikrincə, Moskva da proseslərə nəzarət edir: “Rusiya çalışır ki, irimiqyaslı toqquşma olmasın. Amma Ermənistanda daxili siyasi vəziyyətin stabil olmaması və danışıqlarda nəticəyə hesablanmış irəliləyiş olmasa, təzyiqlər qaçılmaz olacaq. Sakitliyin olması o demək deyil ki, Azərbaycan belə davam edəcək. Müəyyən gözlənti var. O, reallaşmasa, Azərbaycan istənilən vəziyyətdə gücə əl atacaq. Qarabağ barıt çəlləyidir və bunun atəşi regionu bürüyəcək. Ona görə də Rusiya və ABŞ konsensusa gəlib, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında tam mövqe ortaya qoymalıdırlar. Yoxsa müharibə qaçılmaz olacaq”.

Ancaq Ermənistanın bütün davranışları savaşın tətiklənməsinə yönəlib. Ekspertlər isə əmindirlər ki, budəfəki savaş aprel döyüşləri kimi, lokal xarakter daşımayacaq və dağıdıcı olacaq... Əslində Aİ rəsmisi ermənilərə xatırlatmalıydı ki, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib, onun işğal olunmuş Azərbaycan torpaqlarında - özlərinin etiraf etdiyi kimi - 150 min erməniyə “ikinci dövlət” yaratmaq istəyi baş tutmayacaq. Demədi və getdi. Lakin Azərbaycan prezidenti hələ illər öncə Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə də bəyan etmişdi ki, bu qurumla əməkdaşlığımızın təməlində Azərbaycanın ərazi bütövlüyünə münasibət dayanır. Bu mövqe əslində bütün beynəlxalq təşkilatlarla əlaqələrdə önəmli yer tutan məqamdır...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
Hamısı