Azərbaycanın ATƏT PA-dakı nailiyyəti Ermənistanda qarşıdurmaya səbəb olub | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Azərbaycanın ATƏT PA-dakı nailiyyəti Ermənistanda qarşıdurmaya səbəb olub

Siyasət A- A A+

“ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklorasiyada Azərbaycanın təklifləri nəzərə alınıb. Bizim maraqlarımız orada təmin olundu”.

Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova bildirib.

Vitse-spiker deyib ki, müzakirə edilən bəyannamənin 22-ci maddəsində yer alan müddəa neçə gün idi ki, müzakirələrə səbəb olub:

“Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub. Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşılmalıdır. Bilirsiniz ki, bundan əvvəl 3 ölkənin adı başqa bir maddədə çəkilirdi. Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə başqa maddədə münasibət bildirilirdi. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir”.

Parlamentin sədri Oqtay Əsədov da bunu böyük nailiyyət adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...