"Məcburi köçkünlər görüş zamanı öz evlərinə qayıtmaq istədiklərini bildirdilər" - Miyatoviç | Eurasia Diary - ednews.net

21 İyul,


"Məcburi köçkünlər görüş zamanı öz evlərinə qayıtmaq istədiklərini bildirdilər" - Miyatoviç

Siyasət A- A A+

“Azərbaycan hökumətinin məcburi köçkünləri davamlı olaraq mənzillərlə təmin etməklə, onların hüquqlarının qorunması yolunda atdığı vacib addımları yüksək qiymətləndiririk”.

Eurasia Diary-nin APA-ya istinadən veridiyi məlumata görə, bunu Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycana etdiyi 4 günlük səfərinin nəticələri ilə bağlı bildirib.

D. Miyatoviç 4 günlük səfər zamanı Bakının Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə və Yasamal rayonunda Texniki Universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü qeyd edib: “Dağlıq Qarabağ və ətraf 7 rayonda həll olunmamış münaqişə nəticəsində Azərbaycanın çox sayda məcburi köçkünü var. Görüş zamanı onlar öz evlərinə qayıtmaq istədiklərini dilə gətiriblər. Lakin indi onlar üçün dolanışıq imkanlarının təmin edilməsi çox önəmlidir”.

D.Miyatoviç məcburi köçkünlərin könüllü şəkildə, təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əhəmiyyətini də vurğulayıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...