Rus xüsusi təyinatlıları Azərbaycan üzərindən hara qaçıb? "Ciddi narahatlıq..."

Siyasət 10:10 13.07.2019

Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, Moskvada azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus “Sadovod” bazarında quldur hücumları həyata keçirən “Alfa” və “Vımpel” dəstələrinin zabitləri Azərbaycan üzərindən üçüncü ölkəyə qaçmış ola bilər.

Eurasia Diary Virtualaz.org-a isinadən xəbər verir ki, bu haqda Rusiyanın APN agentliyi (Kremlin “aşbazı”, oliqarx Priqojinə bağlıdır) bildirir.

Xəbər verildiyi kimi bu günlərdə FTX-nın “Alfa” və “Vımpel” xüsusi təyinatlı dəstələrinin bir qrup döyüşçüsü barədə quldurluq ittihamı ilə cinayət işi qaldırılıb. İş üzrə fiqurantların sayı cəmi 15 nəfərdir. Onlardan  4-ü Moskvada həbs olunub, 3-nün barəsində ev dustaqlığı seçilib. Qalanlar isə axtarışa verilib. Həbslər başlayanda həmin 8 “Alfa” və “Vımpel” zabitləri antiterror əməliyyatları həyata keçirmək üçün Şimali Qafqaza ezam edilmişdilər. Onlar barələrində cinayət işinin qaldırıldığını eşidərək geri qayıtmayıblar və Şimali Qafqazda “gizləniblər”.

 

Cinayət işinin materiallarına əsasən bir qrup FTX xüsusi təyinatlıları “Sadovod” bazarındakı kiçik bankda pulların nəğdləşdirilməsini həyata keçirən Çin vətəndaşlarını təqib ediblər və onların avtomobilinə hücum edərək pulları aparıblar. Son iki ildə həyata keçirilən quldur hücumları zamanı azı 140 milyon rublun ələ keçirildiyi bildirilir. Lakin zərərçəkənlərin sayı və məbləğ daha çox ola bilər.

APN bildirir ki, hüquq-mühafizə orqanları “Alfa” və “Vımpel” xüsusi təyinatlı dəstələrinin barələrində axtarış elan edilmiş 8 zabitinin taleyi barədə hər hansı məlumata malik deyil. Məlum olan təkcə budur ki, onların hamısı Şimali Qafqazda ezamiyyətdə olarkən qaçıblar. Böyük ehtimalla xüsusi təyinatlılar Azərbaycan və ya Gürcüstan üzərindən ərəb ölkələrinə üz tutublar.

FTX-nin elit xüsusi təyinatlılarının bu cür quldur hücumları həyata keçirməsi Rusiya xüsusi xidmət orqanlarının veteranları arasında şok effekti yaradıb. Onlar xüsusi xidmət sisteminin bu dərəcədə deqradasiyaya məruz qalmasından heyrətə gəliblər. Bununla belə xüsusi təyinatlıların həbsinin güc strukturları arasında hansısa intriqa ilə əlaqəli olduğunu deyənlər də var. Məsələn, Kremlyönümlü “Rusiya zabitləri” təşkilatının idarə heyətinin üzvü İqor Şevçuk hesab edir ki, bu işdə hansısa yanlışlıq var.

“Mən bu informasiyanı eşidib şoka düşdüm. Hələ ümid edirəm ki, hansısa yanlışlıq ola bilər. Bizdə seçim çox diqqətlə aparılır, təsadüfi adamların bu dəstələrdə yeri yoxdur. Ən azından mənim dostluq elədiyim, bir yerdə qulluq etdiyimiz adamların hamısı yüksək mənəvi-əxlaqi dəyərlərə sadiq olublar. Ümid edirəm ki, yaxın günlərdə hansısa dəqiqləşmələr olacaq, çox inanmaq istərdim ki, hansısa yanlışlıq baş verib”,-keçmiş FTX veteranı deyib.

FTX-nin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov da əhvalatdan şoka düşdüyünü deyib. Onun mövqeyinə görə, güc strukturlarındakı situasiya narahatlıq doğurur və dövlətin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğuna dəlalət edir.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
Hamısı