İrəvan Dövlət Tibb Universitetində keçirilən tədbirdə bir çox yüksək vəzifəli məmurların, o cümlədən Ermənistan Baş naziri Nikol Paşinyan və “Mənim Addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının rəhbəri Sasun Mikayelyanın da iştirak etdiyi bildirilir.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, Sasun Mikayelyan Paşinyanı salamlamayıb.
Təqdim edilən video görüntüdən məlum olur ki, Paşinyan platformaya yaxınlaşarkən hamı ayağa qalxır və onu salamlayır. Lakin Sasun Mikayelyan oturmuş vəziyyətdə qalır, ayağa qalxmır, Paşinyana yaxınlaşmır və onun əlini sıxmır.