Almaniyada Qarabağ mitinqi keçiriləcək | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Almaniyada Qarabağ mitinqi keçiriləcək

Siyasət A- A A+

Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə musavat.com-a Avropada yaşayan ağdamlıların təşkilat komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.

Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardır. Onlar müraciət edərək, bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edirlər.

Aksiya Platz der Vereinten Nationen 1, 53113 Bonn. ünvanında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...