Əflatun Amaşov gürcü deputatlarla görüşdü "Dövlətlərimiz arasında elə bir problem yoxdur..."

Siyasət 18:32 15.07.2019

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə Gürcüstan Parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvlərinin görüşü keçirilib. Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri xanım Sofie Katsavaranın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri, eləcə də dostluq qrupunun digər təmsilçiləri də yer alıblar. Görüşdə Azərbaycan tərəfdən Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov, həmçinin qrupun üzvləri deputatlar - Hikmət Məmmədov, Pərvin Kərimzadə, Kamilə Əliyeva və Rasim Musabəyov iştirak ediblər.

Eurasia Diary xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövlətçilik tariximizdə 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gürcüstanla dostluq münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatdığını, strateji tərəfdaşlıq və müttəfikliklə daha da dərinləşdiyini vurğulayıb. Deputat bildirib ki, Azərbaycan və Gürcüstan müxtəlif beynəlxalq təşkilatlarda bir-biri ilə bağlı məsələlərdə ortaq mövqedən çıxış edirlər. Hər iki ölkəni birləşdirən ortaq dəyərlərlə yanaşı problemlər də var. Ə.Amaşov bu xüsusda diqqəti Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına, işğal faktına yönəldib.

«Azərbaycan və Gürcüstan arasında elə bir problem yoxdur ki, onu müzakirə yolu ilə aradan qaldırmaq mümkünsüz olsun», - deyən Ə.Amaşov habelə Azərbaycan-Gürcüstan münasibətlərində hər iki ölkə parlamentinin də vacib rol oynadığını vurğulayıb. Parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinə toxunan deputat bu müstəvini kifayət qədər etibarlı və səmimi platforma kimi dəyərləndirib.

Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri də çıxışında hər iki ölkənin parlament dostluq qruplarının kifayət qədər məhsuldar fəaliyyət göstərdirlərini bildirib. Bununla bağlı müxtəlif məqamlara toxunan Z. Dzidziquri parlamentlər səviyyəsində əldə edilmiş əməkdaşlıq platformasının qarşıdakı müddətdə daha məhsuldar olması üçün əlverişli mühitin mövcudluğunu dilə gətirib.

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri xanım Sofie Katsavara Azərbaycana səfərlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycanın, Gürcüstanın və Türkiyənin parlamentlərinin xarici əlaqələr komitələri bir-biriləri ilə kifayət qədər sıx təmaslara malikdirlər. Azərbaycana səfər xarici əlaqəlar komitələrinin üçtərəfli görüşündə iştirak məqsədi daşıyır.

Görüşdə deputatlar Hikmət Məmmədov və Rasim Musabəyov, həmçinin Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili Azərbaycanla Gürcüstanın sıx əməkdaşlığının, qarşılıqlı anlaşma mühitinin, dostluğun region və bütövlükdə dünya üçün əhəmiyyətindən söz açıblar. Əldə edilmiş nailiyyətlərin qorunmasının vacibliyini əsaslandırıblar.

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Hamısı